Bir gündə 18 nəfər itkin düşdü -   Görün necə tapıldılar?!

saytların hazırlanması

Evə çatdırılma

Bir gündə 18 nəfər itkin düşdü - Görün necə tapıldılar?!

Hadisə

24 İyun 2026 11:15 445


Ailə üzvlərini məlumatlandırmadan evi tərk edən 18 nəfər tapılıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev sosial şəbəkə hesabında paylaşım edib.

Paylaşımda bildirilib ki, iyunun 23-də polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində ailə üzvlərini məlumatlandırmadan yaşadıqları ünvanı tərk etdiklərinə görə itkin düşmüş kimi axtarışı aparılan 18 nəfər tapılıb. pizza sifarişi

Məlumata görə, tapılan şəxslər aidiyyəti üzrə təhvil veriliblər.

E.Hacıyev vətəndaşlara müraciət edərək, yaşayış ünvanını tərk edərkən ailə üzvlərini məlumatlandırmağın vacibliyini xatırladıb. Bu cür halların həm yaxınların narahatlığına, həm də hüquq-mühafizə orqanlarının əlavə resurs sərf etməsinə səbəb olduğu bildirilib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!