Bu rayonlarda ehsan süfrələri ləğv olundu

saytların hazırlanması

Evə çatdırılma

Bu rayonlarda ehsan süfrələri ləğv olundu

Sosial

12 İyul 2025 16:36 5189


Sabirabad və Saatlı rayonlarında yas mərasimində ehsanın verilməməsi ilə bağlı əhaliyə tövsiyə verilib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Teleqraf-a açıqlamasında Sabirabadın din xadimi Yusif Bağırov məlumat verib.

O bildirib ki, bir neçə gün öncə bununla bağlı ağsaqqallar təklif irəli sürüblər və belə qərar verilib. Toyuqlu pizza

“Ehsan qadağan edilməyib, sadəcə çay süfrəsinin açılması, ehsanın verilməməsi ilə bağlı əhaliyə tövsiyə verilib. Elə bu gün Sabirabadda yas mərasimi var idi və ehsan verilmədi. Mən ehsanın verilməsinin tərəfdarı deyiləm. Əhali də bununla razılaşır və buna əməl edir”, - din xadimi əlavə edib.

Xatırladaq ki, daha əvvəl Saatlı rayonu və kəndlərində yas mərasimlərində ehsan verilməsinin aradan qaldırılması ilə bağlı məlumat yayılmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Teymur
    Niyə görə? Bu nə deməkdir? Mənim yaxınım dünyasını dəyişib ehsan süfrəsi təşkil etməyim? Bu lap ağ oldu artıq....... Hər şeyə bir qadağa qoyulub, birazdan deyəcəklər ki, ölülərinizi basdırmayın, yandırıb külünü tökün dənizə
    10 months ago