Dövlət Xidməti elan verdi –   İşçilər axtarılır

saytların hazırlanması

Evə çatdırılma

Dövlət Xidməti elan verdi – İşçilər axtarılır

Sosial

04 İyun 2026 10:21 141


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bir sıra vakansiyalar üzrə həkim mütəxəssislər və tibb işçilərinin işə qəbulu ilə bağlı elan verib.

“Yeni Sabah” xəbər verir ki, qurum tərəfindən həkim-terapevt, həkim-nevropatoloq, həkim-psixiatr, həkim-otorinolarinqoloq, həkim-dermatoveneroloq, həkim-cərrah, həkim-oftalmoloq, həkim-rentgenoloq və texnik, USM (ultrason müayinəsi) mütəxəssisi, elektrokardioqrafiya, exokardioqrafiya, eləcə də elektroensefaloqrafiya-funksional diaqnostika üzrə mütəxəssislər tələb olunur.

Vakansiyalar üzrə müraciət etmək istəyən şəxslər info@seferberlik.gov.az elektron poçt ünvanına yaza və ya müvafiq elektron anketi doldura bilərlər. Dördpendirli pizza

Qeyd olunub ki, müraciət zamanı şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsinin (FİN) qeyd edilməsi mütləqdir.

Əlavə məlumat almaq istəyənlər 9100 Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər.

Bildirilib ki, namizədlərin seçimi zamanı kliniki təcrübəsi olan şəxslərə üstünlük veriləcək.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!