Əraqçi: ABŞ ilə danışıqların ilk mərhələsində müəyyən irəliləyişlər vardı

saytların hazırlanması

Evə çatdırılma

Əraqçi: ABŞ ilə danışıqların ilk mərhələsində müəyyən irəliləyişlər vardı

Dünya

27 Aprel 2026 13:43 96


Vaşinqtonun yanaşması İslamabadda keçirilən danışıqların birinci mərhələsinin uğursuzluğa düçar olmasına səbəb olub.

"Yeni Sabah" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Sankt-Peterburqda jurnalistlərə bildirib.

O qeyd edib: "Danışıqlarda müəyyən irəliləyişlər olub. Amerikanın yanaşması əvvəlki danışıqlar mərhələsinin əldə edilən irəliləyişlərə baxmayaraq, məqsədlərinə çatmamasına səbəb olub".

Əraqçinin sözlərinə görə, danışıqların uğursuzluğu Birləşmiş Ştatların ifrat tələbləri və ABŞ tərəfindən səhv yanaşma ucbatından baş verib.

Nazir bildirib ki, mövcud vəziyyəti müzakirə etmək üçün Pakistanda məsləhətləşmələr aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!