Sosial şəbəkələrdə etibarnamə ilə avtomobil alqı-satqısının növbəti acı fəsadı və dələduzluq şübhəsi doğuran insidentlə bağlı şikayət paylaşılıb.
“Yeni Sabah” xəbər verir ki, "Hüquqşünaslar" qrupunda anonim müraciət edən vətəndaş, ikinci sahibindən etibarnamə yolu ilə aldığı avtomobilin ilkin mülkiyyətçi tərəfindən həbsə etdirildiyini bildirib.
Paylaşılan məlumata görə, alıcı nəqliyyat vasitəsini öz adına keçirməyə imkan tapmamış avtomobilin sənəd üzrə qanuni sahibi etibarnaməni bir tərəfli qaydada ləğv edib və maşına rəsmi həbs qoydurub. Dominos pizza
İlkin mülkiyyətçi bu addımını maşını ikinci sahibə (alıcıya satan şəxsə) satan zaman aralarında yaranan şəxsi pul münaqişəsi ilə əsaslandırıb. Etibarnaməni ləğv edən şəxs bildirib ki, qaynı ilə avtomobili satan şəxs arasında maliyyə problemi olduğu üçün maşına prinsipial olaraq həbs qoydurub.
Şikayətçi nə maşına həbs qoyduran şəxsi, nə də onun qaynını şəxsən tanımadıqlarını vurğulayıb.
Nazim Hacıyev
Telegram kanalımız