Fələstin Çini darmadağın etdi

saytların hazırlanması

Evə çatdırılma

Fələstin Çini darmadağın etdi

İdman

03 Oktyabr 2026 10:37 82


Yoldaşlıq görüşü çərçivəsində Çinin Çuntsin şəhərindəki "Chongqing Longxing" stadionunda baş tutan matçda Fələstin milli komandası ev sahibi Çin seçməsini 5:0 hesabı ilə darmadağın edib.

“Yeni Sabah” xəbər verir ki, qarşılaşmada üstünlüyü tamamilə ələ alan Fələstin seçməsində Əsəd Əl-Həmlavi 16 və 22-ci dəqiqələrdə vurduğu qollarla dubl edərək komandasını irəli çıxarıb. İlk hissənin sonuna əlavə olunmuş dəqiqələrdə (45+5) Oday Dabbah fərqi üç topa çatdırıb. İkinci hissədə də hücumlarını davam etdirən Fələstin futbolçuları rəqib qapısından daha iki cavabsız qol keçirərək matçı 5:0 hesablı parlaq qələbə ilə yekunlaşdırıblar.

Bu nəticə Çin milli komandasının müdafiə xəttindəki ciddi problemləri üzə çıxardığı halda, Fələstin seçməsinin yüksək hazırlıq səviyyəsini nümayiş etdirib. pizza mizza

Nazim Hacıyev

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!