Finaldan sonra hamı bu uşaqdan danışır -   FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Finaldan sonra hamı bu uşaqdan danışır - FOTOLAR

İdman

20 İyul 2026 15:19 256


DÇ-2026-nın finalında İspaniya Argentinanı matçından (1:0) sonra Lamine Yamalın 3 yaşlı qardaşı Kenye (Keyne) Yamal diqqət mərkəzinə düşüb.

"Yeni Sabah" xəbər verir ki, turnir boyu tribunada və meydan kənarında tez-tez kameralara tuş gələn Kenye final fiti çalınan kimi qardaşının yanına qaçaraq onunla qucaqlaşıb.

Onun əl çalması, sevinci və səmimi davranışları sosial şəbəkələrdə milyonlarla baxış toplayıb. Dünya mediası onu hətta turnirin "ən sevimli azarkeşi" adlandırıb.  Pepperoni pizza

Kenye Yamalın hazırda 3 yaşı var. O, Lamine Yamalın anası Şeyla Ebananın ikinci evliliyindən olan övladıdır. Buna görə də Lamine və Kenye ana bir, ata ayrı qardaşdır. Onların yaş fərqi təxminən 16 ildir. 

Lamine Yamal dəfələrlə qardaşı ilə xüsusi münasibətindən danışıb. O bildirib ki, Kenye onun üçün sadəcə qardaş deyil, "demək olar ki, oğlum kimidir". 

Kenye son aylarda təkcə Dünya Kubokunda deyil, "Barselona"nın oyunlarında, mükafatlandırma mərasimlərində və müxtəlif futbol tədbirlərində də tez-tez Lamine Yamalın yanında görüntülənib. Azarkeşlər onun şən hərəkətlərini, qardaşına olan sevgisini və kameralar qarşısındakı rahat davranışlarını böyük maraqla izləyirlər. 

Finaldan sonra Kenyenin qardaşına qaçaraq onu qucaqlaması və Dünya Kuboku kuboku ilə çəkdirdiyi görüntülər qısa müddətdə sosial şəbəkələrdə viral olub. 

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!