Azərbaycanda neft, neft-kimya və təbii qaz sənayesində keyfiyyətin idarə edilməsi ilə bağlı yeni dövlət standartı qəbul olunub.
“Yeni Sabah” xəbər verir ki, Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ISO 29001:2026 dövlət standartı beynəlxalq ISO 29001:2020 standartı əsasında təsdiqlənib.
Yeni standart neft, neft-kimya və təbii qaz sənayesində məhsul və xidmətlərin istehsalı, təchizatı və təqdim edilməsi ilə məşğul olan təşkilatlarda keyfiyyətin idarə edilməsi sisteminin qurulması, tətbiqi, saxlanılması və davamlı təkmilləşdirilməsi üzrə tələbləri müəyyən edir. İnternet mağaza
Standartın tətbiqi müəssisələrdə proseslərin təkmilləşdirilməsinə, əməliyyat səmərəliliyinin artırılmasına və fəaliyyətin beynəlxalq tələblərə uyğunlaşdırılmasına xidmət edəcək.
Qeyd edək ki, yeni dövlət standartı AZSTAND-ın nəzdində fəaliyyət göstərən “Uyğunluğun qiymətləndirilməsi” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 08) təqdimatı əsasında qəbul edilib və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil olunub.
Aytac Əliyeva
Telegram kanalımız