Özbəkistanlı tanınmış yazıçı, şair və jurnalist Həmid İsmayılov 2026-cı il Ədəbiyyat üzrə Nobel mükafatına iddialı namizədlər siyahısına daxil edilib.
“Yeni Sabah” xəbər verir ki, siyahıda İsmayılovla yanaşı Haruki Murakami, Marqaret Etvud, Salman Rüşdi, C.K. Roulinq və Stiven Kinq kimi dünya şöhrətli müəlliflər də yer alır. Lakin Nobel Qaydalarına əsasən, namizədlər və onları təqdim edənlər barədə məlumatlar 50 il ərzində məxfi saxlanıldığından müəllifin rəsmən namizəd göstərildiyini təsdiqləmək mümkün deyil.
1954-cü ildə anadan olan və 1992-ci ildən Londonda mühacirətdə yaşayan Həmid İsmayılov özbək və rus dillərində qələmə aldığı əsərləri ilə tanınır. Onun kitabları ingilis, fransız, alman və türk dillərinə tərcümə olunub. Yazıçı 2019-cu ildə "Şeytanların rəqsi" romanına görə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) ədəbi mükafatına layiq görülüb, "We Computers" əsəri isə qurumun 2026-cı il mükafatının qısa siyahısına düşüb. Toyuqlu pizza
2026-cı il Ədəbiyyat üzrə Nobel mükafatının qalibi oktyabrın 8-də Stokholmda elan olunacaq və dekabrın 10-da keçiriləcək təqdimat mərasimində qalibə 12 milyon İsveç kronu (təxminən 1,2 milyon dollar) məbləğində mükafat təqdim ediləcək. Xatırladaq ki, ötən il bu nüfuzlu mükafata macar yazıçı Laslo Krasnahorkai layiq görülmüşdü.
Nazim Hacıyev
Telegram kanalımız