Qədim misirlilərin min illər əvvəl yaraların müalicəsində istifadə etdiyi üsul müasir tibbin ən mühüm kəşflərindən biri ilə bağlı maraqlı paralel yaradır.
“Yeni Sabah” xəbər verir ki, qədim misirlilərin kiflənmiş çörəkdən yaraların və infeksiyaların müalicəsində istifadə etdiyi barədə tarixi mənbələrdə məlumatlar var. Onlar mikrobların və antibiotiklərin nə olduğunu bilməsələr də, kiflənmiş çörəklə örtülən bəzi yaraların daha sürətlə sağaldığını müşahidə ediblər.
Bu yanaşma elmi əsaslara deyil, uzunmüddətli müşahidə və təcrübəyə söykənən empirik müalicə üsulu olub. Lakin min illər sonra aparılan elmi araşdırmalar kiflərin bəzi bakteriyaların inkişafını dayandıran maddələr istehsal etdiyini ortaya qoydu. 1928-ci ildə britaniyalı alim Aleksandr Fleming laboratoriyada Penicillium kifinin bakteriyaların böyüməsini əngəllədiyini müşahidə etdi. Bu kəşf sonradan penisilinin hazırlanmasına və antibiotiklərin tibbdə geniş tətbiqinə yol açdı. Toyuqlu pizza
Qədim misirlilərin səbəbini elmi şəkildə izah edə bilmədikləri müşahidə ilə müasir mikrobiologiyanın böyük kəşflərindən biri arasında diqqətçəkən əlaqə yarandı. Lakin tarixçilər və tibb alimləri qədim misirlilərin istifadə etdiyi kifin məhz penisilinlə eyni təsir göstərdiyini təsdiqləmək üçün ehtiyatlı yanaşırlar.
Aydan Hacı
Telegram kanalımız