Kliçko Rusiyanın hücumunu təsdiqlədi

saytların hazırlanması

Evə çatdırılma

Kliçko Rusiyanın hücumunu təsdiqlədi

Dünya

02 Oktyabr 2026 12:50 68


Rusiya Silahlı Qüvvələri Ukraynanın paytaxtı Kiyevdə Dnepr çayı üzərində yerləşən strateji körpülərə kütləvi zərbələr endirib. Hücumlar zamanı modifikasiya olunmuş "Geran-5" reaktiv PUA-larından və "İskəndər" ballistik raketlərindən istifadə olunub. Baş verən kəskin dağıntılar nəticəsində paytaxtın nəqliyyat sistemi tamamilə iflic vəziyyətinə düşüb.

“Yeni Sabah” xəbər verir ki, Kiyev şəhər mero Vitali Kliçko Dnepr çayı üzərindəki üç ana körpüdə hərəkətin dayandığını təsdiqləyib. Mer bildirib ki, Cənub körpüsü hər iki istiqamətdə nəqliyyatın hərəkəti üçün tamamilə bağlanıb. Metro körpüsündə sol sahildən sağ sahilə doğru hərəkət bir zolaqla qismən məhdudlaşdırılıb, Paton körpüsündə isə sağ sahildən sol sahilə doğru hərəkət tamamilə dayandırılıb.

Lakin Hərbi Administrasiyanın yaydığı rəsmi məlumatda ziddiyyətli məqam diqqət çəkir. Belə ki, administrasiya Paton körpüsünün yalnız tək istiqamətdə deyil, ümumilikdə hər iki istiqamət üzrə tam şəkildə qapadıldığını bəyan edib. Strateji obyektlərə dəyən zərər şəhərdaxili logistikanı və mülki əhalinin təxliyə imkanlarını kəskin şəkildə çətinləşdirib. Toyuqlu pizza

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!