Konqoda Eboladan ölənlərin sayı üç mini keçdi

saytların hazırlanması

Evə çatdırılma

Konqoda Eboladan ölənlərin sayı üç mini keçdi

Dünya

02 Sentyabr 2026 20:39 52


Konqo Demokratik Respublikasında (KDR) Ebola virusundan həyatını itirənlərin sayı 3 min nəfəri keçib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə yerli qurumlar rəsmi məlumat yayıblar.

Son hesabata əsasən, infeksiyanın fəsadları səbəbindən 3 007 nəfər dünyasını dəyişib, ölüm səviyyəsi isə 48.6% təşkil edir. Xəstələrdən 1 400-dən çoxu sağalıb, daha 830 nəfər isə xəstəxanalara yerləşdirilib. Dominos pizza

Qeyd edək ki, Ebola epidemiyası rəsmi olaraq mayın 15-də ölkənin İturi əyalətində elan edilib. Daha sonra virus ölkənin digər bölgələrinə və qonşu Uqandaya da yayılıb.

Ötən həftə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Uqandada xəstəliyin artıq başa çatdığını bəyan edib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!