Kremldən Polşaya gözdağı

saytların hazırlanması

Evə çatdırılma

Kremldən Polşaya gözdağı

Dünya

15 Sentyabr 2026 16:54 104


Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev NATO və Polşanın regional siyasətini hədəf alan sərt bəyanatla çıxış edib.

“Yeni Sabah” xəbər verir ki, Rusiya rəsmisi Varşavanın hərbi aktivliyini tənqid edərək, birbaşa toqquşmanın Polşa üçün fəlakətlə nəticələnəcəyini bildirib.

Patruşev vurğulayıb ki, Varşava öz imkanlarını həddindən artıq yüksək qiymətləndirir: Dominos pizza

"Varşava anlamalıdır ki, Rusiya ilə birbaşa hərbi toqquşma baş verəcəyi təqdirdə Polşa dövləti cəmi 2-3 gün ərzində mövcudluğunu itirəcək və xəritədən silinəcək."

Moskvanın bu bəyanatı Polşanın müdafiə büdcəsini artırması və sərhəddə hərbi kontingenti gücləndirməsi fonunda səslənib. Polşa tərəfi isə bu açıqlamanı Kremlin növbəti təbliğat həmləsi kimi qiymətləndirib.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!