Masallı rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi iki nəfərin ölümü ilə nəticələnib.
"Yeni Sabah" xəbər verir ki, hadisə ötən gün saat 23:00 radələrində rayonun Mollaoba kəndi ərazisində qeydə alınıb.
Belə ki, Aşurlu kənd sakini Eminağa Həşimovun idarə etdiyi “VAZ” markalı avtomobil maneəyə çırpılıb. Nəticədə sürücü və avtomobildə olan sərnişin, Tüklə kənd sakini Elvin İbrahimov hadisə yerində həyatlarını itiriblər. pizza hut
İlkin ehtimala görə, qəza yüksək sürətlə hərəkət edən avtomobilin sərt döngədə idarəetmədən çıxması səbəbindən baş verib.
Baş Dövlət Yol Polisi İdarəsi sürət həddinin aşılması, avtomobil idarə edərkən diqqətsizlik, eləcə də yol və hava şəraitinin nəzərə alınmamasının ağır nəticələrə səbəb olduğunu bir daha xatırladıb.
İdarə sürücüləri iki gəncin ölümü ilə nəticələnən faciədən nəticə çıxarmağa, yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırıb.
Aytac Əliyeva
Telegram kanalımız