Nazir ətin bahalaşmasından danışdı

saytların hazırlanması

Evə çatdırılma

Nazir ətin bahalaşmasından danışdı

Sosial

25 Sentyabr 2026 14:05 892


Azərbaycanda kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı və yerli istehsalın artırılması istiqamətində yeni Dövlət Proqramının icrasına başlanılır.

“Yeni Sabah” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib.

Nazir qeyd edib ki, son aylarda Kənd Təsərrüfatı Nazirliyinə daxil olan müraciətlərin təhlili aqrar sektora investor marağının kəskin artdığını göstərir: pizza hut

"Daxil olan müraciətlərin çoxluğunda həm istixana və meyvəçilik, həm də heyvandarlıq sahələrinə investisiya yatırmaq istəyən daxili və xarici investorların mühüm təşəbbüsləri yer alır. Bu investisiya axınının sahənin ümumi inkişafına müsbət təsir göstərəcəyini gözləyirik".

Bazardakı qiymət dəyişmələrinə və ətin bahalaşması məsələsinə də münasibət bildirən Məcnun Məmmədov vurğulayıb ki, yeni qəbul edilmiş Dövlət Proqramı məhz bu cür problemlərin köklü həllinə hədəflənib:

"Dövlət Proqramı yeni qəbul olunub və onun icra mexanizmlərinə start verilir. Proqram çərçivəsində nəzərdə tutulan tədbirlərin reallaşdırılması ilə ölkədə yerli məhsul istehsalının həcmini əhəmiyyətli dərəcədə artırmağı hədəfləyirik. Yerli istehsal həcmi artdıqca bazarda qiymətlərin də tədricən sabitləşməsi təmin olunacaq". /Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!