Nazirdən Xankəndidə qəbul - Kimlər iştirak edə biləcək?

saytların hazırlanması

Evə çatdırılma

Nazirdən Xankəndidə qəbul - Kimlər iştirak edə biləcək?

Sosial

03 Avqust 2026 18:40 711


Elm və təhsil naziri Emin Əmrullayev avqustun 28-də Xankəndi şəhərində vətəndaş qəbulu keçirəcək.

Bu barədə "Yeni Sabah"a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qəbulda Xankəndi, Xocalı və Ağdərə sakinləri iştirak edə biləcəklər. Bakıda online alış-veriş

Adıçəkilən şəhər və rayonların sakinləri avqustun 14-ü saat 18:00-dək Elm və Təhsil Nazirliyinin 146-11 nömrəli Çağrı Mərkəzinə (yalnız iş günləri və iş saatlarında) zəng etməklə qəbula yazıla bilərlər.

Bununla yanaşı, müraciətləri nazirliyin rəsmi internet saytının əlaqə bölməsi vasitəsilə elektron qaydada və ya +994 51 206 78 48nömrəsinə "WhatsApp" üzərindən göndərmək mümkündür.

Nazirlikdən bildirilib ki, qəbulda iştirak etmək üçün əvvəlcədən qeydiyyatdan keçmək mütləqdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!