Neymar beşinci dəfə ata olacaq

saytların hazırlanması

Evə çatdırılma

Neymar beşinci dəfə ata olacaq

İdman

17 İyun 2026 09:48 114


Neymar sevgilisi Bruna Biankardi ilə beşinci övladının doğulmasını gözləyir.

“Yeni Sabah” xəbər verir ki, onlar bu xəbəri “YouTube” platformasında paylaşdıqları əyləncəli video ilə izləyicilərinə çatdırıblar.

Videoda cütlüyün qızları Mavi və Mel, habelə Neymarın əvvəlki münasibətindən dünyaya gələn böyük oğlu Davi də yer alıb. Dördpendirli pizza

Ailə üzvlərinin bir-birinə çəhrayı boya sürtərək körpənin cinsiyyətini açıqladığı anlar sosial şəbəkələrdə maraqla qarşılanıb.

Beləliklə, Neymar və Bruna Biankardinin növbəti övladının da qız olacağı məlum olub.

Neymarın Bruna Biankardi ilə 2 qızı, əvvəlki münasibətindən Davi adlı oğlu var. Futbolçunun model Amanda Kimberli ilə münasibətindən 2024-cü ildə dünyaya gələn Helena adlı bir qızı da var.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!