“Qala Sığorta”nın mənfəəti yarıbayarı azaldı

saytların hazırlanması

Evə çatdırılma

“Qala Sığorta”nın mənfəəti yarıbayarı azaldı

İqtisadiyyat

22 Oktyabr 2026 13:05 75


"Qala Sığorta" ASC-nin 2026-cı ilin ilk 9 ayı üzrə maliyyə göstəriciləri bəlli olub.

“Yeni Sabah” xəbər verir ki, hesabat dövründə şirkətin xalis mənfəəti 54% azalaraq 5 milyon 54 min manata düşüb (ötən ilin eyni dövründə 11 milyon 2 min manat).

Ümumi gəlirlər 55 milyon 550 min manat, xərcləri isə 49 milyon 233 min manat təşkil edib. Gəlirlərin 3 milyon 487 min manatı investisiya payına düşüb, xalis investisiya mənfəəti isə 3 milyon 477 min manat olub. Toyuqlu pizza

Qeyri-həyat sığortası üzrə yığımlar 43 milyon 523 min manatdan 29 milyon 621 min manata geriləyib. Bu kiçilmə əsasən daşınmaz əmlakın icbari sığortasında 15 milyon 913 min manatlıq, yanğın və digər risklərdən əmlak sığortasında isə 2 milyon 102 min manatlıq azalma ilə əlaqədardır. Ümumi sığorta ödənişləri 15 milyon 381 min manat təşkil edib, zərərlilik dərəcəsi isə avtonəqliyyatın icbari sığortasında 79,5%, avtomobillərin icbari mülki məsuliyyət sığortasında 118,9% kimi qeydə alınıb.

Şirkətin 63 milyon 678 min manatlıq investisiya portfelinin 35 milyon 270 min manatını depozitlər, 28 milyon 43 min manatını istiqrazlar, 365 min manatını isə səhmlər təşkil edib. İnvestisiya gəlirləri 3 milyon 503 min manat, xərcləri 27 min manat olub.

1999-cu ildən fəaliyyət göstərən "Çartis Azərbaycan"ın bazasında yaradılan və 10,017 milyon manat nizamnamə kapitalı olan "Qala Sığorta" ASC-nin səhmlərinin 100%-i "AzRe Təkrarsığorta" ASC-yə məxsusdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!