Bu gün, 22 oktyabr Kişilərin sinir sisteminin Beynəlxalq Müdafiəsi Günüdür.
“Yeni Sabah” xəbər verir ki, rəsmi statusu olmasa da, müxtəlif ölkələrdə zarafat xarakterli gün kimi tanınır.
Bu qeyri-rəsmi gün kişilərin qadınlarla münasibətlərdə üzləşdiyi stressə yumorla yanaşmaq məqsədi daşıyır. Toyuqlu pizza
Təşəbbüs 2018-ci ildə sosial şəbəkələrdə yayılıb. Sonradan 22 oktyabr kişilərin sinir sisteminin qadınların davranışlarından qorunması günü kimi təqdim edilib.
Onun konkret müəllifi və ilk dəfə harada yarandığı barədə etibarlı, təsdiqlənmiş məlumat yoxdur. Bu münasibətlə sosial şəbəkələrdə zarafatlar, məzəli paylaşımlar və ailə münasibətlərindəki gündəlik anlaşılmazlıqlarla bağlı fikirlər paylaşılır.
Aydan Hacı
Telegram kanalımız