Paşinyan Rusiya ilə münasibətlərdən söz açdı

saytların hazırlanması

Evə çatdırılma

Paşinyan Rusiya ilə münasibətlərdən söz açdı

Dünya

24 Sentyabr 2026 08:50 120


"Rusiya Federasiyası ilə münasibətlərimizi inkişaf etdirmək və dərinləşdirmək istəyirik".

"Yeni Sabah" İzvestiya-ya istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

O qeyd edib ki, rəsmi İrəvan balanslaşdırma siyasətinə sadiqdir və xarici əlaqələrini şaxələndirməyə çalışır. Dominos pizza

Baş nazir Moskva ilə münasibətlərdə obyektiv dəyişikliklərin baş verdiyini qeyd edib. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasından əvvəl Rusiya ilə münasibətlər təhlükəsizlik məsələlərinə yönəlmişdi, lakin indi onlar transformasiya gözləyir.

N.Paşinyan ölkəsinin konstruktiv olduğunu və Rusiya ilə yalnız transformasiya etmək deyil, həm də dostluq münasibətlərini dərinləşdirmək istədiyini vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!