Putin: Nəvələrim Çin dilində danışır

saytların hazırlanması

Evə çatdırılma

Putin: Nəvələrim Çin dilində danışır

Dünya

02 Oktyabr 2026 09:36 77


"Mən artıq demişəm ki, nəvələrim mənim üçün tərcüməçi kimi işləyəcəklər, onlar artıq Çin dilində danışırlar".

"Yeni Sabah" xəbər verir ki, bunu Vladimir Putin Valday Beynəlxalq Müzakirə Klubunun iclasında bildirib.

Rusiya Prezidenti Çin lideri Si Cinpinlə bir-birini "sözsüz" başa düşdüyünü dilə gətirib: Dominos pizza

"Biz tərcüməçisiz qalmışdıq. İkilikdə və istənilən sözü tərcüməçisiz başa düşürdük".

Putin qeyd edib ki, Si Cinpin hələ rus dilində danışmadığı kimi, o da hələ Çin dilini bilmir:

"Mən artıq demişəm ki, nəvələrim mənim üçün tərcüməçi kimi işləyəcəklər. Onlar artıq Çin dilində danışırlar".

Rusiya Prezidenti əlavə edib ki, ABŞ Prezidenti Donald Trampla da təkbətək qala bilər, amma müsahibinin onu başa düşməsi, Sidən fərqli olaraq, çətin olacaq.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!