Rusiya ordusunda hərbçilərin sayı yenidən artırılıb.
“Yeni Sabah” xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin ölkənin Silahlı Qüvvələrində şəxsi heyətin sayının 2 milyon 441 min 630 nəfərə çatdırılması barədə sərəncam imzalayıb. Qərara əsasən, onların 1 milyon 550 min 500 nəfəri hərbçi olacaq.
Sərəncam Rusiya Dövlət Hüquqi İnformasiya Sistemində dərc edildiyi andan qüvvəyə minib. Bununla da ordudakı hərbçilərin sayı əvvəlki göstərici ilə müqayisədə 15 min 500 nəfər artırılıb. pizza mizza
Qeyd edək ki, Vladimir Putin 2026-cı ilin iyulunda imzaladığı əvvəlki sərəncamla Rusiya Silahlı Qüvvələrinin şəxsi heyətinin sayını 2 milyon 426 min 130 nəfərə, hərbçilərin sayını isə 1 milyon 535 min nəfərə çatdırmışdı. Həmin qərar avqustun 1-dən qüvvəyə minmişdi.Putin ötən ilin sonunda Ukraynadakı müharibədə 700 mindən çox rusiyalı hərbçinin iştirak etdiyini açıqlamışdı.
Rusiya ordusunda Ukraynada döyüşmək üçün müqavilə əsasında xidmət edən və könüllü hərbçilər də var.
Əsmətxanım Rzazadə
Telegram kanalımız