Qalibaf istefa verib?   - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Qalibaf istefa verib? - AÇIQLAMA

Dünya

24 Aprel 2026 22:14 142


İran İslam Şurası Məclisinin Media və İctimaiyyətlə Əlaqələr Mərkəzi Məhəmməd Baqir Qalibafın istefası ilə bağlı yayılan xəbərləri təkzib edib.

"Yeni Sabah" xəbər verir ki, qurumun yaydığı açıqlamada bildirilib ki, Qalibaf heç bir vəzifəsindən istefa verməyib.

Açıqlamada qeyd olunub ki, yeni danışıqlar mərhələsi müəyyən edilməyib ki, həmin prosesdə onun və ya başqa bir şəxsin İran nümayəndə heyətinə rəhbərlik edib-etməyəcəyi müzakirə olunsun. Bildirilib ki, yayılan şayiələr ictimai rəyi çaşdırmağa yönəlib və Qalibaf hazırda fəaliyyətini ciddi şəkildə davam etdirir.

Qeyd edək ki, son günlər sosial şəbəkələrdə və bəzi media qurumlarında Qalibafın istefa verəcəyi ilə bağlı iddialar yayılmışdı./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!