Ölkə ərazisinə saxta sənədlə 14 tondan çox ehtiyat hissəsinin keçirilməsinin qarşısı alınıb.
"Yeni Sabah" DSX-yə istinadla xəbər verir ki, “Samur” dövlət sərhədindən buraxılış məntəqəsində Azərbaycandan Rusiya istiqamətində hərəkət edən “Mercedes” və “Renault” markalı yük nəqliyyat vasitələrinə baxış keçirilib.
Yoxlama zamanı “Mercedes” markalı nəqliyyat vasitəsində 9 ton 200 kiloqram, “Renault” markalı nəqliyyat vasitəsində isə 14 ton 445 kiloqram avtomobil ehtiyat hissəsi aşkar edilib. Bakıda online alış-veriş
Yüklərə dair sənədlərin yoxlanılması nəticəsində təyinat ölkəsi dəyişdirilməklə saxtalaşdırılmış müşayiətedici sənədlərin təqdim olunduğu müəyyən edilmiş və hər iki nəqliyyat vasitəsinin sürücüsü saxlanılıb.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Telegram kanalımız