1 qola görə millimiz mümkün “pley-off”dan kənarda qaldı

saytların hazırlanması

Evə çatdırılma

1 qola görə millimiz mümkün “pley-off”dan kənarda qaldı

İdman

17 Noyabr 2026 14:34 54


Malta millisi UEFA Millətlər Liqasının D Liqasından Avro-2028-in pley-off mərhələsinə vəsiqə qazanmaq baxımından üstünlük qazanıb.

"Yeni Sabah" xəbər verir ki, onun noyabrın 16-da səfərdə Cəbəllütariqlə 1:1 hesablı heç-heçə etməsi D Liqasından pley-off üçün ayrılan yeganə yer uğrunda mübarizədə bu komandanı Azərbaycan millisindən üstün edib.

Hər iki yığma Millətlər Liqasının qrup mərhələsini 8 xalla və müsbət 2 top fərqi ilə başa vurub. Lakin Malta 5, Azərbaycan isə 3 qol vurub. Məişət texnikası

F“Football Meets Data” Azərbaycan millisinin Lixtenşteynlə (FİFA reytinqində 207-ci yer) iki oyunda cəmi bir qol vurmasına diqqət yetirib. Millimiz həmin görüşlərdə daha bir qol vursaydı, üstünlük Azərbaycana məxsus olacaqdı.

Malta D Liqasından pley-off üçün ayrılan yer sayəsində öz qrupunda qalib olmayan A Liqası komandalarından da üstün mövqedədir.

“Football Meets Data”nın simulyasiyalarına əsasən, Maltanın Avro-2028-in pley-off mərhələsinə yüksəlmək ehtimalı 73 faizdir. Malta millisi indiyədək nə dünya, nə də Avropa çempionatının final mərhələsində iştirak edib.

Malta hələ Avro-2028-in pley-offuna rəsmən vəsiqə qazanmayıb. Əgər Millətlər Liqasının A, B və C Liqalarının qrup qalibi paralel olaraq Avro-2028-in seçmə mərhələsində öz qruplarında ilk iki yerdən birini də tutub yarışa birbaşa vəsiqə qazansa, o zamanda Malta pley-off-da çıxış edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!