Qaradağda avtomobil saxlanıldı -   7 qutudan nə çıxdı?

saytların hazırlanması

Evə çatdırılma

Qaradağda avtomobil saxlanıldı - 7 qutudan nə çıxdı?

Kriminal

17 Noyabr 2026 12:36 46


Bakı şəhərinin Qaradağ rayonunda minik avtomobilindən 576 ədəd pirotexniki vasitə aşkar edilərək götürülüb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində qanunsuz dövriyyəyə qarşı mübarizə çərçivəsində xeyli miqdarda pirotexniki vasitə aşkarlanıb. Elektronika məhsulları

Qaradağ rayonu ərazisində keçirilən tədbir zamanı Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi minik avtomobilinə baxış keçirilib. Nəticədə 7 karton qutuda 2 adda ümumilikdə 576 ədəd pirotexniki vasitə aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Aytac Əliyeva


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!