Milli Məclisdən milyardlarla bağlı qərar – Büdcə qəbul edildi

saytların hazırlanması

Evə çatdırılma

Milli Məclisdən milyardlarla bağlı qərar – Büdcə qəbul edildi

İqtisadiyyat

17 Noyabr 2026 13:00 35


Milli Məclisin noyabrın 17-də keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə olunaraq birinci oxunuşda qəbul edilib.

"Yeni Sabah" xəbər verir ki, qanun layihəsinə əsasən, Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsinin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat məbləğində proqnozlaşdırılır.

Sənəddə mərkəzləşdirilmiş gəlirlərin 38 milyard 518 milyon 425 min manat, yerli gəlirlərin 735 milyon 575 min manat, mərkəzləşdirilmiş xərclərin 41 milyard 664 milyon 425 min manat, yerli xərclərin isə 735 milyon 575 min manat həcmində olması nəzərdə tutulur. İnternet mağaza

Geniş müzakirələrdən sonra səsverməyə çıxarılan gələn ilin dövlət büdcəsi haqqında qanun layihəsi deputatlar tərəfindən birinci oxunuşda təsdiqlənib.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!