“Kişi qadınla bərabər ola bilməz!” - Cəmiyyətdəki əxlaq problemi

saytların hazırlanması

Evə çatdırılma

“Kişi qadınla bərabər ola bilməz!” - Cəmiyyətdəki əxlaq problemi

Sosial

17 Noyabr 2026 13:53 54


İctimai nəqliyyatda qadınlara yer verilməsi məsələsi vaxtaşırı müzakirələrə səbəb olur. Bəzi qadınlar gənc kişilərin avtobus və metroda onlara yer verməməsini hörmətsizlik kimi qiymətləndirirlər. Digərləri isə hesab edir ki, oturacaqdan istifadə hər kəsin bərabər hüququdur və insan yalnız qadın olduğu üçün kimdənsə yer tələb etməməlidir.

Mövzu ilə bağlı “Yeni Sabah”a açıqlama verən sosioloq Mail Yaqub bildirib ki, burada bir neçə məqama aydınlıq gətirmək lazımdır:

“Ümumiyətlə, ictimai nəqliyyatda azərbaycanlı kişinin azərbaycanlı xanıma yer verməsi lazımdırmı? Bizim mədəniyyətimiz, əxlaqımız, tərbiyəmiz, azərbaycanlı mədəniyyəti bunu tələb edirmi? Bəli, edir. Keçmişdə belə olub, bu gün də bu lazımdır. Biz avropalı deyilik ki, kişilər qadınlara yer verməsin.  ShopByBro

Kişilərin qadınlarla bərabər olması bir mifdir. Lazımsız bir şeydir, bunu feministlər atıblar ortalığa. Kişilər heç vaxt qadınlarla bərabər ola bilməz, olmamalıdır da”.

Sosioloq qeyd edib ki, əgər bir gənc və yaxud bir kişi ictimai nəqliyyatda qadına yer vermirsə, biz onu mühakimə edə bilmərik:

“Bu, hüquqi məsələ deyil, bu, əxlaqi məsələdir. Biz yalnız tövsiyə edə bilərik bu kimi məsələlərə qarşı diqqətli olsunlar. Burada cəza mexanizmi işləmir. Bu ona bənzəyir ki, sanki birinə salam veririk, amma o, bizim salamımızı almır. Bu təbii ki, əxlaqi davranış baxımından pis haldır. Amma biz o adamı məhkəməyə şikayət edə bilmərik ki, mənim salamımın cavabını almadı. Bu, əxlaqi məsələdir, hüquqi məsələ deyil.

Bu barədə təlimlər keçirilməlidir. Tək bu barədə yox, ümumiyyətlə, bu mövzularda, əxlaqi davranış qaydaları haqqında dayanmadan təlimlər keçirmək lazımdır. Min dənə belə situasiya var. Bu, sadəcə onlardan biridir”.

M.Yaqub bildirib ki, bu kimi mövzularda təbliğat aparmaq çox önəmlidir:

“Məsələn, qonşumun mənə ehtiyacı var, mən ona kömək etməliyəmmi? Yenə də əxlaqi məsələdir, hüquqi məsələ deyil. Mən kömək etməsəm, heç kim məni məhkəmədə mühakimə edə bilməz. Amma əxlaq baxımından yanaşdıqda imkanım varsa, dəstək olmalıyam, kömək etməliyəm və s. Bunu biz təbliğ etməliyik. Kişilərin qadınlara dəyər verməsi qadınların dəyərini azaltmır, əksinə çoxaldır. Bu o anlama gəlmir ki, qadınlar zəifdir, əldən düşüblər. Əksinə biz onlara dəstək veririk. Qadın həmişə hörmətə, diqqətə layiqdir”.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!