Dövlətin 5,3 milyardlıq planı: Pullar bu istiqamətlərə axacaq

saytların hazırlanması

Evə çatdırılma

Dövlətin 5,3 milyardlıq planı: Pullar bu istiqamətlərə axacaq

İqtisadiyyat

17 Noyabr 2026 12:31 53


Milli Məclisin noyabrın 17-də keçirilən plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Tahir Mirkişili dövlət büdcəsi gəlirlərinin strukturunda qeyri-neft sektorunun payının davamlı artdığını və ölkədə fiskal dayanıqlığın etibarlı şəkildə qorunduğunu bildirib.

"Yeni Sabah" xəbər verir ki, parlamentari ilk növbədə büdcə gəlirlərinin formalaşmasında qeyri-neft-qaz sektorunun aparıcı roluna diqqət çəkərək, növbəti ildə dövlət büdcəsi gəlirlərinin təxminən 60,5 faizinin məhz bu sektorun hesabına təmin olunacağını, 2030-cu ilədək isə sözügedən göstəricinin 70 faizə çatdırılmasının proqnozlaşdırıldığını qeyd edib. T.Mirkişili bu tendensiyanı ölkədə həyata keçirilən büdcə və iqtisadi şaxələndirmə siyasətinin mühüm müsbət nəticələrindən biri kimi qiymətləndirib.

Fiskal dayanıqlığın qorunmasının vacibliyini vurğulayan deputat icmal büdcənin qeyri-neft kəsirinin qeyri-neft ÜDM-ə nisbətinin 2026-cı ildəki 18,8 faizdən 2027-ci ildə 17,1 faizə enməsinin makroiqtisadi və fiskal intizamın gücləndiyini göstərdiyini bildirib. Eyni zamanda, 2026-cı il oktyabrın 1-nə dövlət borcunun ÜDM-ə nisbətinin 17,3 faiz təşkil etməsini müsbət hal kimi dəyərləndirən parlamentari bunun dövlətin manevr və borclanma imkanlarının qorunub saxlanıldığını təsdiqlədiyini diqqətə çatdırıb. ShopByBro

T.Mirkişilinin qənaətincə, fiskal dayanıqlıq yalnız borc səviyyəsinin aşağı olması ilə ölçülməməlidir, əsas meyar cəlb olunan borc və büdcə resurslarının hansı real iqtisadi nəticələr yaratmasıdır. O qeyd edib ki, əgər dövlət borclanması hesabına infrastruktur, istehsal, logistika, enerji və ixrac imkanlarının genişləndirilməsinə xidmət edən layihələr icra olunarsa, bu, gələcək nəsillər üçün dayanıqlı iqtisadi dəyər formalaşdırar.

Çıxışında investisiya və regional inkişaf istiqamətlərinə də toxunan deputat 2027-ci ilin dövlət büdcəsində dövlət əsaslı investisiyalar üçün ümumilikdə 5,3 milyard manat vəsaitin nəzərdə tutulduğunu və bu məbləğin 3,4 milyard manatının işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasına və bərpasına yönəldiləcəyini bildirib. Parlamentari həmin ərazilərin ölkənin ümumi iqtisadi sisteminə tam inteqrasiyası baxımından bu investisiyaların strateji əhəmiyyət daşıdığını vurğulayaraq, növbəti mərhələdə dövlət investisiyalarının özəl sərmayələri cəlb edən əsas katalizatora çevrilməsinin prioritet istiqamətlərdən biri olmalı olduğunu diqqətə çatdırıb.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!