Bu sənədi almaq üçün cəmi 3 manat ödəyəcəksiniz

saytların hazırlanması

Evə çatdırılma

Bu sənədi almaq üçün cəmi 3 manat ödəyəcəksiniz

Sosial

17 Noyabr 2026 14:48 56


Təkrar şəhadətnamə almaq üçün 3 manat dövlət rüsumu ödənilməlidir, arayışların verilməsi isə ödənişsizdir.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təkrar şəhadətnamə və ya arayış almaq istəyən şəxslərə sənədlər müraciət etdikləri gün təqdim olunur. ShopByBro

Bunun üçün vətəndaşlar qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, Vətəndaşlıq vəziyyəti aktlarının arxivinə və ya Naxçıvan Muxtar Respublikası Vətəndaşlıq vəziyyəti aktlarının arxivinə şəxsən müraciət edə bilərlər.

Elektron sorğu əsasında müraciət edildikdə isə təkrar şəhadətnamələr sorğunun daxil olduğu gün verilir.

Qeyd edək ki, təkrar şəhadətnamələrin verilməsinə görə 3 manat dövlət rüsumu tutulur. Arayışların verilməsi üçün isə dövlət rüsumu nəzərdə tutulmayıb.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!