Sərvəti dodaq uçuqladır – Bir ayda “TikTok”dan əldə etdiyi gəlir...

saytların hazırlanması

Evə çatdırılma

Sərvəti dodaq uçuqladır – Bir ayda “TikTok”dan əldə etdiyi gəlir...

Dünya

18 Sentyabr 2026 14:16 121


"TikTok"un arxasında dayanan şirkətin qurucusu sərvətini qısa müddətdə milyardlarla dollar artıraraq Asiyanın ən zəngin şəxsi olub.

“Yeni Sabah” xəbər verir ki, "TikTok"un əsas şirkəti "ByteDance"in qurucusu Çjan İmin 105,5 milyard dollarlıq sərvəti ilə hindistanlı iş adamı Qautam Adanini geridə qoyub.

"Bloomberg"in məlumatına görə, Adaninin sərvəti hazırda 104,8 milyard dollar qiymətləndirilir. Dominos pizza

Sərvəti bir ayda 12 milyard dollar artıb

"ByteDance" şirkətinin təxminən 21 faizinə sahib olan Çjan İminin sərvəti bu ay 12 milyard dollar artıb. Buna səbəb “BlackRock” və “Fidelity” şirkətlərinin "ByteDance" üçün apardığı yeni qiymətləndirmələr olub. "Bloomberg" 2019-cu ildən Çjan İminin sərvətini izləyir. Həmin vaxt onun sərvəti 13 milyard dollar idi. Beləliklə, sahibkarın sərvəti 7 il ərzində təxminən 8 dəfə artıb.

Süni intellektə böyük yatırım

"ByteDance" şirkətinin "TikTok" və "Douyin" kimi platformalardan əldə etdiyi məlumatlardan istifadə edərək öz süni intellekt modellərini inkişaf etdirdiyi bildirilir. ABŞ-də yaşanan giriş məhdudiyyətləri və müxtəlif tənzimləyici maneələrə baxmayaraq, şirkət süni intellekt sahəsinə yatırımlarını davam etdirib. 

Süni intellekt milyarderlərin siyahısını dəyişir

Süni intellekt texnologiyalarının inkişafı dünyanın ən zəngin şəxsləri arasında da ciddi dəyişikliklərə səbəb olur. "Dell Technologies" şirkətinin qurucusu Maykl Dell süni intellekt yönümlü serverlərə tələbatın artması nəticəsində sərvətini 262 milyard dollara çatdırıb və dünyanın beşinci ən zəngin şəxsi olub.

"Google"un həmtəsisçisi Larri Peys isə süni intellekt modeli Gemini 3-ün təqdim edilməsindən sonra sərvətini 252 milyard dollara yüksəldib. O, ötən il Ceff Bezosu geridə qoyub.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!