Azərbaycan Dəmir Yolları (ADY) 5 iyul tarixində Azərbaycan Dəmiryol Muzeyində “Açıq qapı” günü keçiriləcəyini açıqlayıb.
Qurumdan "Yeni Sabah"a verilən məlumata görə, tədbir ölkəmizdə dəmir yollarının elektrikləşdirilməsinin və muzeyin yerləşdiyi tarixi “Sabunçu Vağzalı” binasının 100 illiyinə həsr olunub.
Bildirilib ki, ziyarətçilər elektrikləşdirilmiş dəmir yollarının bir əsrlik inkişaf yolunu əks etdirən fotosərgi ilə yanaşı, muzeyin zəngin eksponatlar kolleksiyası ilə də tanış olmaq imkanı əldə edəcəklər. Dördpendirli pizza
Tədbirin məqsədi ziyarətçiləri Azərbaycan dəmir yollarının tarixi inkişafı, keçmişi və müasir dövrü ilə yaxından tanış etməkdir.
“Açıq qapı” günündə muzeyə giriş bütün ziyarətçilər üçün sərbəst olacaq.
Telegram kanalımız