Türkiyədə LGBT dərnəyinə qarşı əməliyyat: 21 nəfər saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə LGBT dərnəyinə qarşı əməliyyat: 21 nəfər saxlanıldı

Dünya

13 Sentyabr 2026 18:48 103


Türkiyədə Ankara Prokurorluğu LGBT dərnəyinin veb-saytı və sosial şəbəkə hesabları ilə bağlı başlanılan təhqiqat çərçivəsində 26 şübhəli şəxs barəsində saxlanılma qərarı çıxarıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Haber 7" saytı məlumat yayıb.

Prokurorluğun bəyanatına görə, təhqiqat LGBT dərnəyinin veb-saytında və bəzi sosial şəbəkə hesablarında uşaqlar üçün əlçatan olan qeyri-etik məzmunun yayılması barədə məlumat daxil olduqdan sonra "pornoqrafik/qeyri-etik məzmunun yayılması" ittihamı ilə başladılıb. Sezar pizza

Təhqiqat çərçivəsində 18 şübhəli barəsində iş qaldırılıb.

Bundan əlavə, müxtəlif veb-saytlarda və sosial şəbəkələrdə ictimai əxlaqı və qayda-qanunu pozan paylaşımlar edərək "əxlaqsızlıq" və "fahişəlik"lə bağlı cinayətlər törətdikləri müəyyən edilən daha səkkiz şübhəli şəxs barəsində iş qaldırılıb.

Ümumilikdə 26 şübhəli şəxs barəsində axtarışın aparılması, rəqəmsal materialların müsadirəsi və araşdırılması ilə bağlı məhkəmə qərarları, həmçinin onların saxlanılması barədə qərarlar çıxarılıb. Təhqiqat çərçivəsində dərnəyin veb-saytına Türkiyədən giriş bloklanıb.

Əməliyyat zamanı 21 şübhəli şəxs saxlanılıb, qalan beş şübhəlinin tutulması istiqamətində işlər davam etdirilir./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!