Avqustun 9-u saat 11:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.
Bu barədə “Yeni Sabah”a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir saniyədə Neftçalada 20, Goranboyda 19, Naftalanda, eləcə də Bakıda və Abşeron yarımadasında 16 metrədək güclənir. Online alış-veriş
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35, dağlıq rayonlarda 30, Aran rayonlarında, eyni zamanda, Naxçıvan Muxtar Respublikasında 41 dərəcəyədək isti qeydə alınıb.
Telegram kanalımız