Sloveniyada paytaxt Lyublyana və Qrosuplye şəhərlərində aşkarlanan ölü qarğalarda Qərbi Nil virusu müəyyən edilib.
“Yeni Sabah” xəbər verir ki, Sloveniyanın Qida və Baytarlıq Təhlükəsizliyi Agentliyi ölü qarğalar üzərində aparılan müayinələr nəticəsində virusa rast gəlindiyini açıqlayıb.
Bildirilib ki, ölkədə quşlarda Qərbi Nil virusuna sonuncu dəfə 2024-cü ildə rast gəlinib. Bu il isə Sloveniyada insanlar arasında virusa yoluxma halı qeydə alınmayıb. Dördpendirli pizza
Qurumun açıqlamasında qarğalar da daxil olmaqla quşların Qərbi Nil virusunun təbii rezervuarı rolunu oynadığı bildirilib. Virus insanlara əsasən “Culex” cinsindən olan ağcaqanadların dişləməsi ilə ötürülür.
Mütəxəssislər virusa qarşı hazırda peyvəndin olmadığını və bu səbəbdən ağcaqanad dişləmələrindən qorunmağın vacib olduğunu qeyd edirlər.
Qərbi Nil virusunun inkubasiya dövrü adətən 2-14 gün arasında dəyişir. İmmuniteti zəif olan şəxslərdə isə bu müddət 21 günə qədər uzana bilər. Yoluxan insanların böyük əksəriyyətində xəstəlik heç bir əlamət olmadan keçir.
Virusun yoluxduğu şəxslərin təxminən 20 faizində isə hərarət, halsızlıq, ürəkbulanma, qusma, baş və əzələ ağrıları kimi əlamətlər müşahidə oluna bilər.
Əvvəllər əsasən Afrikada yayılan Qərbi Nil virusu zamanla Avropanın müxtəlif ölkələrində də qeydə alınmağa başlayıb. Fransa, İtaliya, İspaniya və Portuqaliya virusun aşkarlandığı Avropa ölkələri sırasındadır.
Aydan Hacı
Telegram kanalımız