ABŞ-dən Fələstinlə bağlı qalmaqallı qərar

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-dən Fələstinlə bağlı qalmaqallı qərar

Dünya

17 Sentyabr 2026 17:09 101


Amerika Birləşmiş Ştatları artıq ikinci ildir ki, Fələstin Prezidenti Mahmud Abbasa BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən illik sessiyasında iştirak etmək üçün ölkəyə giriş vizası verməkdən imtina edir.

“Yeni Sabah” xəbər verir ki, Vaşinqtonun bu qərarı Fələstin rəhbərliyi və beynəlxalq ictimaiyyət tərəfindən narazılıqla qarşılanıb.

Birləşmiş Millətlər Təşkilatının qərargahının yerləşdiyi ev sahibi ölkə kimi ABŞ-ın üzv və müşahidəçi dövlətlərin nümayəndələrinə viza vermək öhdəliyi olmasına baxmayaraq, rəsmi Vaşinqton Fələstin liderinə qarşı məhdudiyyəti saxlayıb. Bu addım ABŞ və Fələstin muxtariyyəti arasında pisləşən diplomatik münasibətlərin və Yaxın Şərqdə dərinləşən siyasi böhranın növbəti təzahürü kimi qiymətləndirilir. Pepperoni pizza

Səfər imkanının məhdudlaşdırılması səbəbindən Fələstin Prezidenti Mahmud Abbasın BMT Baş Assambleyasındakı ənənəvi çıxışını məsafədən — videoformat vasitəsilə reallaşdıracağı və ya nümayəndə heyətinə başqa bir yüksəksəviyyəli rəsminin rəhbərlik edəcəyi gözlənilir.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!