2026-cı ilin 1 oktyabr tarixinə Azərbaycan Respublikasının ümumi dövlət borcu (daxili və xarici) 23 milyard 896,3 milyon manat təşkil edib.
“Yeni Sabah” xəbər verir ki, bu göstərici 2026-cı il üzrə proqnozlaşdırılan Ümumi Daxili Məhsulun (ÜDM – 138 milyard 39,2 milyon manat) 17.3 faizinə bərabərdir. Ümumi dövlət borcunun 16 milyard 230,1 milyon manatı (67.9 faizi) daxili, 7 milyard 666,2 milyon manatı və ya 4 milyard 509,5 milyon ABŞ dolları (32.1 faizi) isə xarici dövlət borcunun payına düşür.
Dövlət borcunun idarə edilməsinə dair orta və uzunmüddətli Strategiya sənədi ilə müəyyən edilmiş kritik hədlər gözlənilib. Belə ki, dövlət borcunun ÜDM-ə nisbəti üçün nəzərdə tutulan 30.0 faizlik yuxarı həddə qarşı faktiki göstərici 17.3 faiz, xarici dövlət borcunun 10.0 milyard ABŞ dollarını üstələməməsi həddinə qarşı isə faktiki xarici borc 4.5 milyard dollar olub. Dördpendirli pizza
Faiz dərəcəsi riskinin məqbul səviyyədə saxlanılması məqsədilə dəyişkən faizli borcun ümumi borc portfelində payının 50 faizi keçməməsi hədəfi də qorunub. 1 oktyabr 2026-cı il tarixinə dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər ümumi borc portfelinin cəmi 15.6 faizini, sabit faizli borclar isə 84.4 faizini təşkil edib.
Cəlalə Cəlalqızı
Telegram kanalımız