2026-cı ilin 1 oktyabr tarixinə Azərbaycan Respublikasının dövlət zəmanətli borcunun ümumi məbləği (daxili və xarici borc daxil olmaqla) 7 milyard 886,0 milyon manat təşkil edib ki, bu da cari il üzrə proqnozlaşdırılan ÜDM-in 5,7 faizinə bərabərdir.
“Yeni Sabah” xəbər verir ki, dövlət zəmanətli borcun 4 milyard 857,8 milyon manatı və ya 2 milyard 857,5 milyon ABŞ dolları (61,6 faizi) xarici dövlət zəmanətli kreditlərin, 3 milyard 28,2 milyon manatı (38,4 faizi) isə daxili dövlət zəmanətli kreditlərin payına düşür.
Cari ilin 1 yanvar tarixi ilə müqayisədə dövlət zəmanətli borcun məbləği 2 milyard 482,4 milyon manat azalıb. Bu əhəmiyyətli azalma "Cənub Qaz Dəhlizi" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən dövlət zəmanəti ilə cəlb edilmiş 2,0 milyard ABŞ dolları məbləğində xarici valyuta nominallı istiqrazların geri qaytarılması hesabına baş verib. Pepperoni pizza
Dövlət zəmanətli borc portfelinin valyuta tərkibi ABŞ dolları üzrə 57,9 faiz, avro üzrə 19,4 faiz, manat üzrə 16,2 faiz, yapon yeni üzrə 4,6 faiz, digər valyutalar üzrə isə 2,0 faiz təşkil edib. Faiz növlərinə gəldikdə, borc portfelinin 52,2 faizi sabit, 47,8 faizi isə dəyişkən faiz dərəcəli öhdəliklərdən ibarətdir.
Cəlalə Cəlalqızı
Telegram kanalımız