Bakıda qorxunc yanğın: Ev külə döndü,   ölən var

saytların hazırlanması

Evə çatdırılma

Bakıda qorxunc yanğın: Ev külə döndü, ölən var

Hadisə

26 Avqust 2026 09:57 77


Bakının Binəqədi rayonunda bir neçə ailənin yaşadığı tikilidə yanğın baş verib, hadisə zamanı bir nəfər ölüb.

FHN-dən “Yeni Sabah”a bildirilib ki, Nazirliyin “112” qaynar telefon xəttinə Əcəmi Naxçıvani küçəsində tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. pizza

Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində bir dam altında yerləşən, ümumi sahəsi 700 kvadratmetr olan, bir neçə ailənin yaşadığı birmərtəbəli taxta konstruksiyalardan ibarət tikilidəki yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində tikilinin yanar konstruksiyaları 150 kvadratmetr sahədə, bitişik yerləşən ümumi sahəsi 100 kvadratmetr olan qarajın konstruksiyaları isə 10 kvadratmetr sahədə yanıb. Hadisə yerinə baxış zamanı 1990-cı il təvəllüdlü Tapdıqov Fərid Əliyar oğlunun meyiti aşkar edilib. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!