Buğdanın tonu 400 manat oldu, fermerlər işə daha çox can yandıracaqmı?

saytların hazırlanması

Evə çatdırılma

Buğdanın tonu 400 manat oldu, fermerlər işə daha çox can yandıracaqmı?

İqtisadiyyat

29 İyun 2026 17:30 190


“Azərbaycan özünü ərzaqlıq buğda ilə 29 faiz təmin edir. Qalan 71 faizi idxal məhsuludur. Hazırda dünya bazarında da 1 kiloqram buğdanın qiyməti 40 qəpik civarındadır”.

Bu sözləri “Yeni Sabah”a aqrar məsələlər üzrə ekspert Vahid Məhərrəmov deyib.

Onun sözlərinə görə, hazırda keyfiyyətli buğda istehsal edən sahibkarlar çox az saydadır: pizza

“Ölkəmizdə keyfiyyətli buğda istehsal edən sahibkarlar çox az saydadır. İstehsal etdiyimiz buğdaları siniflərə bölə bilmirik. Əgər bölə bilsək, ərzaqlıq buğda daha çox olar. Sinifləndirə bilməməyimiz texnika çatışmazlığı ilə bağlıdır. Xüsusi avadanlıqlar var ki, ölkəyə gətirilməlidir və buğda təmizlənməli, çeşidlənməli və siniflərə bölünməlidir.

Azərbaycanda nə qədər birinci, ikinci, üçüncü, dördüncü və beşinci sinif buğda istehsal olunması ilə bağlı dəqiq məlumat olmalıdır. Bu məlumat ölkəmizdə yoxdur. Dövlət başçısı mayda keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə Azərbaycanın özünü 55 faiz səviyyəsində buğda ilə təmin etdiyini demişdi. Prezidentin qeyd etdiyi həm də yemçilikdə istifadə olunan buğdadır. Strateji əhəmiyyət kəsb edən isə sadəcə ərzaqlıq buğdadır”.

V.Məhərrəmov əlavə edib ki, buğda təkcə çörək istehsal edilməsi baxımından yox, həm də un məmulatları istehsal olunduğu üçün strateji əhəmiyyət kəsb edir:

“Təxminən 3 milyon ton buğda istehsal etsək, bunun 1.7 milyon tonu ərzaq üçün 1.3 milyon tonu isə heyvandarlıqda yem üçün istifadə ediləcək. Dəfələrlə demişik ki, buğda təkcə çörək istehsal edilməsi baxımından yox, həm də un məmulatları istehsal olunduğu üçün strateji əhəmiyyət kəsb edir. Buğda, həmçinin heyvandarlıqda, xüsusən ət istehsalında qüvvəli yem komponenti kimi istifadə olunur. Bütün bunları nəzərə alanda, əlbəttə buğda strateji əhəmiyyət kəsb edir”.

V.Məhərrəmov qeyd edib ki, buğdanın potensial məhsuldarlığı hər hektarda 18 tondur:

“Azərbaycanın torpaq və iqlim şəraiti imkan verir ki, biz hər hektardan orta hesabla, 60 sentnerdən çox buğda əldə edək. Buğdanın potensial məhsuldarlığı hər hektarda 18 tondur. 2 il əvvəl Böyük Britaniyada 1 fermer məhz bu qədər məhsuldarlıq əldə edib. Heç olmasa bu məhsuldarlığın üçdəbirini Azərbaycanda əldə edə bilərik. Ölkəmizin torpaq və iqlim şəraiti çox münbitdir. Bizim su potensialımız da kifayət qədərdir. Su düzgün idarə olunsa, torpaqlarımızın münbitliyi qorunub-saxlanılsa 1 il ərzində məhsuldarlığı indikindən 2 dəfə çox artıra bilərik.

İqtisadçı sonda söyləyib ki, aqrotexniki qaydalara əməl olunmadığı üçün məhsuldarlıq aşağıdır:

“Təəssüf ki, bu sahə qeyri-peşəkarların əlindədir. Bu səbəbdən, bizdə həm məhsuldarlıq, həm də məhsulun keyfiyyəti aşağıdır. Təəvvür edin, 2019-cu ildə 2 milyon 170 min ton buğda istehsal olundu. Buna baxmayaraq, biz yenə ərzaqlıq buğdaya olan tələbatımızı idxal hesabına ödədik. Halbuki bizim cəmi 1.6-1.7 min ton ərzaqlıq buğdaya ehtiyacımız var. Aqrotexniki qaydalara əməl olunmadığı üçün məhsuldarlıq aşağıdır. İlk növbədə, keyfiyyətli toxum problemi var. Toxum keyfiyyət deyilsə, ondan yüksək məhsuldarlıq gözləmək düzgün deyil. Bu sahə ilə məşğul olan fermerlərdən təxminən 10 faizə yaxını buğda əkib-becərilməsi qaydalarını dərindən bilir. Elə fermer tanıyıram ki, hər hektardan 80 sentner məhsul götürür. Amma təəssüf ki, əksər fermerlər sahədən bixəbərdir”.

Xatırlatma: Azərbaycanda ərzaqlıq buğdanın dövlət tədarük qiyməti müəyyən edilib. Baş nazir Əli Əsədov bununla bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, ölkənin ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, yerli ərzaqlıq buğda istehsalçılarının fəaliyyətinin stimullaşdırılması və onlara dövlət dəstəyinin göstərilməsi məqsədilə “Buğda. Texniki şərtlər” AZS 888:2025 Azərbaycan Respublikasının Dövlət Standartı ilə müəyyən edilmiş keyfiyyət tələblərinə uyğun yerli ərzaqlıq buğdanın 1 (bir) tonunun dövlət tədarük qiyməti 2026-cı il üçün 400,0 (dörd yüz) manat müəyyən edilib.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!