Kreml Ukraynada dalana dirənib

saytların hazırlanması

Evə çatdırılma

Kreml Ukraynada dalana dirənib

Dünya

15 Sentyabr 2026 15:30 57


Rusiya-Ukrayna müharibəsində Moskva üçün strateji tənəzzül göstəricisi qeydə alınıb. Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) yaydığı son analitik hesabatda bildirilir ki, Rusiya Prezidenti Vladimir Putin işğal əməliyyatları başlayandan bəri ilk dəfədir ki, il ərzində ərazi qazancları baxımından "sıfır balansı"nda qalıb. 

“Yeni Sabah” xəbər verir ki, İnstitutun məlumatına görə, Rusiya ordusunun cari il ərzində böyük itkilər hesabına ələ keçirdiyi ərazilərin ümumi sahəsi Ukrayna Silahlı Qüvvələrinin əks-hücumlar nəticəsində geri qaytardığı torpaqların sahəsi ilə bərabərləşib. Bu isə Rusiyanın cəbhədəki irəliləyişinin tamamilə dayandığını və hücum potensialının tükəndiyini göstərir.

Analitiklər diqqətə çatdırırlar ki, Rusiya hərbi komandanlığı cəbhə xəttində kritik canlı qüvvə çatışmazlığı ilə üz-üzə qalıb. İtkilərin yerini doldura bilməyən generallar və hərbi rəhbərlik mövcud mövqeləri saxlamaq və hücumları bərpa etmək üçün Vladimir Putinə yeni kütləvi səfərbərlik dalğası elan etməsi istiqamətində təzyiqləri artırıblar. Pepperoni pizza

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!