Pərvinin sevgilisi ilə görüntüsü yayıldı -   Onun üçün mahnı oxudu, rəqs etdi - Video

saytların hazırlanması

Evə çatdırılma

Pərvinin sevgilisi ilə görüntüsü yayıldı - Onun üçün mahnı oxudu, rəqs etdi - Video

Şou

25 Noyabr 2019 09:26 5504


Aktrisa Pərvin Abıyeva növbəti dəfə sevgilisi ilə görüntülənib.

“Yeni Sabah” xəbər verir ki, cütlük bu dəfə ad günündə bir araya gəlib. 

Belə ki, Pərvinin sevgilisinin ad günü mərasimi baş tutub. Aktrisa isə həmin məclisdə sevgilisi üçün mahnı oxuyub və onunla rəqs edib. Sezar pizza

Qeyd edək ki, cütlük bir müddət öncə “Show news” verilişinin kameraları tərəfindən görüntülənmişdi. Pərvin isə sevgilisi ilə bağlı bu sözləri demişdi: "İllərdir tanıdığım bir insandır. Diqqətini, sevgisini, qayğısını sevirəm. Çox qısqanc biridir. Uzun illər tanımağıma baxmayaraq nə dost olmuşuq, nə də yaxın münasibətimiz olub. Sadəcə bir dəfə dost məclisində qarşılaşdıq, daha sonra münasibətimiz başladı. Məni illərdir ki, gözləyirmiş. Dedim, bəs mənim niyə xəbərim yoxdur?  Baxın, baxın, bir də məni belə görməyəcəksiniz”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!