Sığortada müştərilərini razı salan şirkətlər

saytların hazırlanması

Evə çatdırılma

Sığortada müştərilərini razı salan şirkətlər

İqtisadiyyat

14 Sentyabr 2026 11:25 106


Mərkəzi Bank avto-icbari sığorta üzrə şirkətlərin şikayət indeksini açıqlayıb.

“Yeni Sabah” xəbər verir ki, 1 sentyabr 2025-ci il - 31 avqust 2026-cı il tarixlərini əhatə edən göstəricilərə əsasən, bəzi sığorta şirkətlərində şikayət indeksi 1-dən aşağı olub.

Ən aşağı göstəricilər “Azərbaycan Sənaye Sığorta” ASC-də 0,73, “Qala Sığorta” ASC-də isə 0,95 təşkil edib. Sezar pizza

Mərkəzi Bankın metodologiyasına əsasən, şikayət indeksinin 1-dən aşağı olması şirkətin xidmət səviyyəsinin digər sığorta şirkətləri ilə müqayisədə nisbətən daha yaxşı olduğunu göstərir.

Qeyd edək ki, şikayət indeksi daxil olan şikayətlərin bazar payının şirkətlərin bağladığı sığorta müqavilələrinin bazar payına nisbəti əsasında hesablanır.

Cəlalə Cəlalqızı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!