Volodin İrəvanı hədələdi: Sizə baha başa gələcək

saytların hazırlanması

Evə çatdırılma

Volodin İrəvanı hədələdi: Sizə baha başa gələcək

Dünya

02 İyun 2026 15:35 84


Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Ermənistan vətəndaşları üçün Aİİ-dən çıxmağın xərclərini açıqlayıb.

“Yeni Sabah” xəbər verir ki, onun fikrincə, Nikol Paşinyan  bütün problemlərini Aİİ-in, ilk növbədə, Rusiyanın hesabına həll etməyə çalışır:

“İctimaiyyətlə Aİ-yə qoşulmaq barədə açıq danışmır. O, ölkənin Aİİ-dən çıxmasının xərclərini Ermənistan vətəndaşlarından gizlədir: qazın qiyməti təxminən 4 dəfə artacaq, ildə təxminən 4 milyard dollar (bütün köçürmələrin 2/3-i) təşkil edən Rusiyadan Ermənistana pul köçürmələri kəskin şəkildə azalacaq, Rusiyaya giriş üçün miqrasiya imtiyazları ləğv ediləcək və məşğulluq yalnız patentlə mümkün olacaq, Ermənistandan ölkəmizə gül, giləmeyvə, meyvə, tərəvəz (bibər daxil olmaqla), balıq, spirtli içki və mineral suyun tədarükü dayandırılacaq". Pepperoni pizza

Volodin özünün “Max” kanalında qeyd edib ki, eyni şey Ukraynada da baş verib:

"Ermənistanı da eyni şey gözləyir".

Onun fikrincə, "Paşinyan, ehtimal ki, Ermənistanın Aİ-yə qoşulması ilə bağlı şəxsi öhdəlik götürüb və bunu yerinə yetirir, eyni zamanda bütün üzvlük xərclərini Aİİ və Rusiyanın üzərinə atmağa çalışır. Aydındır ki, onu erməni xalqının və ya Ermənistanın dövlətçiliyinin taleyi maraqlandırmır. Bu halda o, şəxsi gücünü bu yolla qoruyacağına inanır. Qiymət yüksək olacaq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!