Xarıbülbül motivli qızıl boyunbağılar hazırlanıb

saytların hazırlanması

Evə çatdırılma

Xarıbülbül motivli qızıl boyunbağılar hazırlanıb

Maraqlı

09 Sentyabr 2026 16:03 58


Azərbaycanın və Qarabağın zəfər rəmzi olan Xarıbülbül bu dəfə Türkiyənin İğdır şəhərində zərgərlərin vitrinlərini bəzəyib. Şəhərdə fəaliyyət göstərən zərgərlər tərəfindən xüsusi işləmə ilə hazırlanan Xarıbülbül motivli qızıl boyunbağılar yerli xanımların böyük marağına səbəb olub.

“Yeni Sabah” xəbər verir ki, Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz mədəni və mənəvi bağların gündəlik həyatda da addımbaaddım hiss olunduğu İğdırda Xarıbülbül simvolu indiyədək döş nişanları və xalq tətbiqi sənəti nümunələrində əks olunurdusa, artıq zərgərlik sahəsində də trendə çevrilib.

Həm daşıdığı dərin mənası, həm də zərif dizaynı ilə göz oxşayan bu boyunbağılar "Qarabağ gərdanlığı"ndan sonra İğdırda son dövrdə ən çox satılan və üstünlük verilən zinət əşyaları arasında ilk sıralara yüksəlib. Yerli zərgərlər xüsusilə hədiyyəlik seçimdə Xarıbülbül modelinə tələbatın rekord həddə çatdığını bildirirlər. Toyuqlu pizza

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!