Vətəndaşlara şad xəbər: Bir sıra dövlət xidmətləri pulsuz olacaq!

saytların hazırlanması

Evə çatdırılma

Vətəndaşlara şad xəbər: Bir sıra dövlət xidmətləri pulsuz olacaq!

Sosial

17 Noyabr 2026 16:39 57


Milli Məclisin noyabrın 17-də keçirilən plenar iclasında dövlət rüsumları ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Azər Əmiraslanov qanunvericiliyə təklif olunan dəyişikliklərin bir sıra dövlət xidmətləri üzrə rüsum güzəştlərinin tətbiqini və vətəndaşların maliyyə yükünün azaldılmasını nəzərdə tutduğunu bildirib.

"Yeni Sabah" xəbər verir ki, parlamentarinin sözlərinə görə, layihədə şəxsiyyət vəsiqələrinin və müvafiq sənədlərin rəsmiləşdirilməsi ilə bağlı bəzi hallarda dövlət rüsumundan azadolmalar nəzərdə tutulur. Eyni zamanda, sahibkarlıq mühitinin təşviqi məqsədilə yerli və xarici investisiyalı kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatının rüsumsuz həyata keçirilməsi təklif olunur.

A.Əmiraslanov qeyd edib ki, qanun layihəsində bəzi baytarlıq xidmətləri üzrə rüsumlara düzəlişlər edilməsi, habelə daşınmaz əmlaka dair sənədlərin müəyyən hallarda rüsumsuz təqdim olunması da əksini tapıb. Bakıda online alış-veriş

 Deputat vurğulayıb ki, irəli sürülən dəyişikliklər mövcud güzəştlərin vahid normativ-hüquqi sənəddə sistemləşdirilməsinə, dövlət rüsumlarının idarə edilməsi mexanizmlərinin elektronlaşdırılmasına və vətəndaşlar üçün əlavə sosial-iqtisadi güzəştlərin yaradılmasına xidmət edir.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!