Milli Məclisin noyabrın 17-də keçirilən plenar iclasında Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun 2027-ci il büdcə layihələrinin müzakirəsi zamanı çıxış edən deputat Zahid Oruc işsiz vətəndaşı işə götürən sahibkarlara bir il müddətində həmin şəxsin əməkhaqqının 50 faizinə qədər subsidiya verilməsini təklif edib.
Parlamentari bildirib ki, İşsizlikdən Sığorta Fondunun fəaliyyəti yalnız işsiz şəxslərə sığorta ödənişlərinin verilməsi ilə məhdudlaşmamalı, eyni zamanda mövcud iş yerlərinin qorunmasına və yeni məşğulluq imkanlarının yaradılmasına xidmət etməlidir.
"Yeni Sabah" xəbər verir ki, beynəlxalq təcrübəyə istinad edən Z.Oruc Baltik ölkələrini nümunə göstərərək qeyd edib ki, həmin ölkələrdə işsizlikdən sığorta fondları iş yerlərinin saxlanılması istiqamətində fəal maliyyə dəstəyi mexanizmləri tətbiq edir. O, pandemiya dövründə Estoniyada İşsizlikdən Sığorta Fondunun müdaxiləsi nəticəsində 65 min iş yerinin qorunub saxlanıldığını diqqətə çatdırıb. İnternetdən sifariş
Deputatın qənaətincə, işsiz şəxsləri əmək fəaliyyətinə cəlb edən işəgötürənlərə əməkhaqqının müəyyən hissəsinin dövlət tərəfindən subsidiya şəklində qarşılanması Azərbaycanda da rəsmi məşğulluğun artırılmasına və əmək bazarının stimullaşdırılmasına mühüm töhfə verə bilər.
Nazim Hacıyev
Telegram kanalımız