Aqil Abbas: “Mən Fərhad Bədəlbəylinin səviyyəsində deyiləm”

saytların hazırlanması

Evə çatdırılma

Aqil Abbas: “Mən Fərhad Bədəlbəylinin səviyyəsində deyiləm”

Sosial

17 Noyabr 2026 12:10 55


“Mən onun səviyyəsində deyiləm".

"Yeni Sabah" pravda.az-a istinadla xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Aqil Abbas deyib.

O, Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəylinin sözlərini şərh edib. İnternetdən sifariş

Xatırladaq ki, parlamentin Mədəniyyət Komitəsinin “Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışından irəli gələn prioritetlər: Mədəniyyətlərarası dialoq və Azərbaycanın mədəni diplomatiyası” mövzusunda ictimai müzakirəsində. F.Bədəlbəyli bildirib:

“İstəyirik ki, mədəniyyətimiz Prezidentin səviyyəsində olsun. İstanbula getmədi “şah”, Şuşaya gəldi “mat”. Bu böyük siyasətdir. Fəxr edirik və istərdik ki, mədəniyyətdə, ədəbiyyatda səviyyəmiz onun səviyyəsində olsun”.

Öz növbəsində, Aqil Abbas qeyd edib: “Mən onun səviyyəsində deyiləm. O, çox yüksəkdədir. Fərhad Bədəlbəyli dünya səviyyəli sənətkardır, pionoçudur, musiqişünasdır. Nə deyirsə düz deyir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!