200 min insanın taleyinə təsir edəcək müraciət -   Bu ərazidə nə baş verir?

saytların hazırlanması

Evə çatdırılma

200 min insanın taleyinə təsir edəcək müraciət - Bu ərazidə nə baş verir?

Sosial

17 Noyabr 2026 12:29 45


Milli Məclisin noyabrın 17-də keçirilən plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Fatma Yıldırım təmsil etdiyi Bərdə rayonunda 200 minə yaxın əhaliyə xidmət göstərə biləcək müasir xəstəxana kompleksinin inşasına ehtiyac olduğunu bildirib.

"Yeni Sabah" xəbər verir ki, parlamentari Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi və formalaşan yeni geosiyasi reallıqların ölkənin hərtərəfli inkişafı üçün geniş imkanlar açdığını qeyd edib. Onun sözlərinə görə, büdcə vəsaitlərindən səmərəli istifadə edilməsi, iqtisadiyyatın şaxələndirilməsi, regionlarda infrastrukturun yenilənməsi və əhalinin sosial rifahının yüksəldilməsi qarşıdakı dövrün əsas prioritetləri sırasında yer almalıdır.

F.Yıldırım dövlət büdcəsinə nəzarət və maliyyə şəffaflığının təmin olunması baxımından Hesablama Palatasının fəaliyyətinin əhəmiyyətini də xüsusi vurğulayıb. İnternetdən sifariş

Bərdə rayonunun aktual sosial-infrastruktur məsələlərinə toxunan deputat rayonda əhalinin sayının 200 minə yaxın olduğunu, eyni zamanda ətraf rayonlardan da yerli tibb müəssisələrinə müraciətlərin çoxluğunu nəzərə alaraq yeni xəstəxana kompleksinin tikintisini zəruri sayıb. O bildirib ki, müasir tibbi avadanlıqlarla təchiz ediləcək və geniş müalicə imkanlarına malik tibb müəssisəsinin inşası sakinlərin keyfiyyətli səhiyyə xidməti almaq üçün paytaxta və digər böyük şəhərlərə üz tutmaq məcburiyyətini əhəmiyyətli dərəcədə azaldacaq.

Parlamentari bu məsələnin müvafiq dövlət proqramlarında nəzərə alınması üçün aidiyyəti qurumlara müraciət edib.

Çıxışında Bərdədə ictimai nəqliyyat xidmətinin mövcud vəziyyətini də gündəmə gətirən F.Yıldırım sərnişindaşımada istifadə olunan avtobusların bir qisminin istismar müddətini başa vurduğunu və müasir texniki tələblərə cavab vermədiyini diqqətə çatdıraraq, regionda ictimai nəqliyyat parkının yenilənməsinə və müasir avtobusların xəttə buraxılmasına ehtiyac olduğunu qeyd edib.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!