Bu ərazilərdə qar yağacaq -   Sabahın havası

saytların hazırlanması

Evə çatdırılma

Bu ərazilərdə qar yağacaq - Sabahın havası

Sosial

17 Noyabr 2026 12:08 49


Noyabrın 18-də Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz hava şəraiti gözlənilir.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, paytaxtda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Lakin gecə saatlarında bəzi şəhərətrafı ərazilərdə az yağış yağacağı ehtimal edilir. Mülayim cənub-qərb küləyi əsəcək. Onlayn mağaza

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 7-10, gündüz 13-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət isə 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Bununla belə, gündüz Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində arabir yağıntı yağacaq, dağlıq ərazilərdə qar düşəcək. Bəzi yerlərdə duman müşahidə olunacaq. Qərb küləyi əsəcək.

Rayonlarda havanın temperaturu gecə 5-9, gündüz 15-19 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə 3-8 dərəcə şaxta, gündüz isə 5-10 dərəcə isti gözlənilir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!